09.04.2018

Qobustan və  Şamaxı Rayon Təhsil Şöbələri arasında pedaqoji əməkdaşlıq

    Təhsil Nazirinin 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmri ilə  Qobustan və  Şamaxı Rayon Təhsil Şöbələri arasında pedaqoji əməkdaşlıq yaradılıb.

    Rayon Təhsil Şöbələri arasında hazırlanmış tədbirlər planına müvafiq olaraq məqsədyönlü işlər uğurla həyata keçirilməkdədir.Aparılmış əməkdaşlığın davamı olaraq Qobustan rayon Təhsil işçiləri və bir qrup pedaqoji heyət növbəti dəfə,Şamaxı rayon ümumtəhsil məktəblərinin pedaqoji heyəti və şagirdləri ilə görüşdü. Bir çox qabaqcıl müəllimlərin dərsləri dinlənildi, pedaqoji təcrübələrin qarşılıqlı öyrənilməsi məqsədilə müzakirələr aparıldi.

    Hazırlanmış tədbirlər planına uyğun olaraq Şamaxı Rayon Təhsil Şöbəsinin əməkdaşları və bir qrup pedaqoji heyəti yaxın vaxtlarda Qobustan rayonunda səfərdə olacaq.

 


Açar sözlər: ,  ,  ,  ,