05.04.2018

Qobustan rayon müəllimləri Ukraynanın Lvov şəhərində

    Azərbaycan Təhsil Şurasının Ukraynanın Lvov şəhərində Lvov Dövlət Elm və Təhsil Departamenti ilə  keçirdiyi beynəlxalq təcrübə mübadiləsi çərçivəsində maraq doğuran məqamlardan biri də azərbaycanlı müəllimlərin öz iş təcrübələrinin təqdimatı oldu. Müəllimlərimizin təqdimatı 28 nömrəli məktəbdə "Azərbaycan günü" çərçivəsində keçirilən toplantıda reallaşdı. Qobustan rayon Cəyirli kənd Ayaz Quliyev adına tam orta məktəbin ibtidai sinif müəllimi Rayifə Hidayətovanın və Elman Günəşovun təqdimatı Cəyirli kəndinin tarixinə, xalçaçılıq sənətinin dünəninə, bu gününə, onun uşaq və gənclərə öyrədilməsi qaydalarına, rayonun təhsil nailiyyətlərinə, eləcə də özünün iş təcrübəsinə həsr olunmuşdu. Ukrayna dilində aparılan təqdimat lvovlu müəllimlərin marağı ilə qarşılandı.

 


Açar sözlər: ,  ,