03.04.2018

 "Şəhidlərimiz qürur yerimiz" 

    Qobustan rayon R.Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində 2 Aprel "Şəhidlərimiz qürur yerimiz" adli tedbir keçirildi.Tədbirdə şagirdlər, müəllimlər, n saylı hərbi hissədən dəvət olunmuş hərbiçilər və valideyinlər iştirak etdilər.

     Tədbiri giriş sözü ilə məktəbin direktor muavini Məhəmməd Bayramov açdı.Sonra məktəbin tarix müəllimi Tapdıqova Svetlana 2 aprel hadisələri ve 31-mart soyqirimı haqqinda şagirdlərə və qonaqlara geniş məlumat verdi.Tədbir 11-ci sinif şagirdləri tərəfindən hazırlanmış 2 aprel hadisələrini özündə əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdi. Sonda valideyinlər və qonaqlar şagird və müəllim kollektivinə öz təşəkkürlərini bildirdilər. 


Açar sözlər: ,  ,  ,  ,