12.03.2018

"Əlaçı" televiziya layihəsinin seçim turunun nəticələri açıqlandı

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Əlaçı” televiziya layihəsinin 6-7-ci mövsümlərində Respublikanın  bütün regionlarını əhatə edən ümumtəhsil məktəblərindən ən yaxşı biliklərə malik olan  şagirdlərin seçim turunun nəticələri açıqlandı.

       Qobustan şəhər 1 saylı tam orta məktəbinin şagirdi Cəfərli Cəfər Hafiz oğlu və Cəyirli kənd tam orta məktəbinin şagirdləri İsfəndiyarzadə Lumu Elsevər qızı və Məmmədova Humay Vüqar qızı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və GameTV.az prodüser mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan “Əlaçı” intelektual oyunun ilk mərhələsində qalib olaraq televiziya çəkilişlərində iştirak hüququ qazanmışlar. Çəkilişlərdə şagirdlərimizə uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,