06.03.2018

Qobustan rayon Təhsil Şöbəsində pedaqoji mühazirələr dinlənildi

        Qobustan rayon ümumtəhsil məktəblərində “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilmiş tədbirlər davam edir.

         Bu gün Qobustan rayon ümumtəhsil məktəblərindən şəhər 2 saylı tam orta, Cəyirli kənd tam orta, Cəyirli kənd ümumi orta, Calov kənd ümumi orta və Ərəbqədim kənd tam orta məktəblərinin müəllimlərinin yazdıqları pedaqoji mühazirələr rayonun əməkdar müəllimlərindən yaradılmış komissiya tərəfindən dinlənildi.

         Müzakirələr bütün iştirakçılar qarşısında tam şəffaf və obyektiv aparıldı.


Açar sözlər: ,  ,