19.02.2018

 “Ədəbiyyat biliciləri” müsabiqəsinin  rayon mərhələsi keçirildi

       10 fevral 2018-ci il tarixdə Şahər 2 saylı tam orta məktəbin akt zalında  “Ədəbiyyat biliciləri” müsabiqəsinin  rayon mərhələsi keçirildi. Müsabiqənin  rayon mərhələsində rayonun ümumtəhsil məktəblərində keçirilən müsabiqənin məktəb mərhələsində iştirak etmiş 114 şagirdən ən yaxşı nəticə əldə edən 26 nəfər şagirdi  iştirak etdi. 

        Müsabiqənin rayon mərhələsinin  nəticələri 17   fevral 2018-ci il tarixdə elan olundu .Müsabiqənin rayon mərhələsində şəhər 2 saylı məktəbin X sinif şagirdi  Mürsəlova Səidə Asif qızı ən yüksək nəticə göstərdi.

        Şagirdimizə uğurlar arzulayırıq.

 

 


Açar sözlər: