06.02.2018

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

              04 fevral 2018-ci il tarixində Qobustan şəhər 2 saylı tam orta məktəbində Qobustan rayon Təhsil Şöbəsinin Təşkilat Komitəsinin rəhbərliyi ilə Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Respublika fənn olimpiadasının rayon mərhələsində Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərindən ibarət 166 şagirdimiz özünü sınadı.

Respublika fənn olimpiadasının rayon turu  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika fənn olimpiadalarının rayon(şəhər) mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar təlimata uyğun olaraq şəffaf və tam obyektiv keçirildi.

 


Açar sözlər: ,