08.01.2018

 Qobustan rayon ümumtəhsil məktəblərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib.  

 Qobustan rayon ümumtəhsil məktəblərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib.

Tədbirlərdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən şagirdlərə geniş məlumat verilmişdir.

Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş inşa və rəsm müsabiqələrinin qalibləri fəxri fərmanlarla təltif edilmişdir.

Şənliklər şagirdlərin hazırladıqları müxtəlif səhnəciklər və musiqi nömrələri ilə başa çatıb.

 


Açar sözlər: ,  ,