20.12.2017

         2017-2018-ci tədris ilinin oktyabr  ayından başlayaraq Qobustan rayon ümumtəhsil müəssisələrində  Təhsil Nazirliyinin 2015-2016-cı dərs ilində keçirilmiş buraxılış imtahanlarında oxu və yazı bacarığı nümaiş etdirməyən şagirdlər  

2017-2018-ci tədris ilinin oktyabr  ayından başlayaraq Qobustan rayon ümumtəhsil müəssisələrində  Təhsil Nazirliyinin 2015-2016-cı dərs ilində keçirilmiş buraxılış imtahanlarında oxu və yazı bacarığı nümaiş etdirməyən şagirdlər haqqında 25.08.2017-ci il tarixli 254 nömrəli əmrin 3.6 bəndinə əsasən geniş müzakirələr aparılmışdır. Müzakirələr zamanı məlum olmuşdur ki,bəzi şagirdlərin oxu və yazı bacarıqlarının nisbətən zəif olmasının səbəbi məktəb-valideyin münasibətlərinin düzgün qurulmaması və həmin şagirdlərin dərslərə müntəzəm davam etməməsi olmuşdur. Yaranmış nöqsanların aradan qaldırılması məqsədi ilə həmin məktəblər rayon Təhsil Şöbəsi tərəfindən nəzarətə götürülərək məktəb rəhbərləri, müəllimlər, valideyinlər və şagirdlərlə söhbətlər aparmışdir. Aparılmış söhbətlərin nəticəsi olaraq şagirdlərin dərslərə davamiyyəti düzəlmiş, müəllimlər tərəfindən həmin şagirdlərə əlavə məşğələ saatları ayrılaraq onların oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılmışdır.

Hal-hazırda Qobustan rayon ümumtəhsil məktəblərində oxu və yazı bacarığı nümaiş etdirməyən şagird yoxdur.


Açar sözlər: