01.12.2017

    17 noyabr 2017-ci il tarixdə Göyçay şəhərində "Xəmsə" Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında V Azərbaycan Çempionatının Dağlıq Şirvan zona mərhələsi keçirilmişdir. 

     17 noyabr 2017-ci il tarixdə Göyçay şəhərində "Xəmsə" Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında V Azərbaycan Çempionatının Dağlıq Şirvan zona mərhələsi keçirilmişdir. Rayonumuzu bu mərhələdə rayonun Təklə kənd tam orta məktəbinin şagirdləri təmsil etmişlər. Zona mərhələsi çox gərgin və maraqlı keçmişdir. Belə ki, Göyçay, Şamaxı,İsmayıllı,Ağsu, Ağdaş, Kürdəmir və Ucarı təmsil edən 8 komanda çox təcrübəli və bilikli gənclərdən təşkil olunmuşdu. Təklə kənd tam orta məktəbinin şagirdləri  ilk dəfə olaaraq belə mötəbər bilik yarışında iştirak etmələrinə baxmayaraq həm qrup, həm də final mərhələsində uğurla çıxış edərək, komanda hesabında II yeri tutmuş və respublikanın 32 ən güclü komandasının iştirakı ilə keçiriləcək "Xəmsə" Milli İntellektual Oyunu üzrə Yeniyetmələr arasında V Azərbaycan Çempionatının final mərhələsinə vəsiqə qazanmışlar. Qaliblərlə Siz də tanış olun: Babaşov Ehtiram, Səfərov Taleh, Allahverdiyev Emin, Səfərov İslam, Bayramlı Şahmar
    Bu böyük qələbənin qazanılmasında əməyi olan hər kəsi, ilk növbədə Təklə kənd tam orta məktən pedoqoji kollektivini və onun direktoru Tahir müəllimi təbrik edir və pedoqoji fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayırıq.


Açar sözlər: