08.09.2017

 Mülki Müdafiə dərslərinə həsr olunmuş seminar.

     07 sentyabr 2017-cı il tarixdə  Qobustan Rayon  şəhər 1 saylı tam orta məktəbin akt  zalında   rayon ümumtəhsil məktəblərinin II,V, VI sinif rəhbərlərinin Mülki-Müdafiə  fənni üzrə seminar  tədbiri  keçirildi. Seminarın işində Qobustan Rayon Təhsil Şöbəsinin müdiri F.Gülalıyev,  Şamaxı  Regional Mülki Müdafiə  Şöbəsinin  əməkdaşları- S.Əsədov, A.Atakişiyev v, S.Sadayev,  Rayon İcra Hakimiyyətinin Mülki Müdaiə Qərərgahının  rəisi R.Əkbərov , Rayon Təhsil Şöbəsinin metodisti İ.Alcanov, həkim-cərrah Balamirzə Mənsimov  və 70 nəfər müəllim iştirak edirdi. İştirakçılara II,V,VI sinif şagirdlərinə Mülki Müdafiə  fənnin öyrədilməsində başlıca məqsəd olan onları təbii fəlakətlərin, qəzaların nəticələrindən, eləcə də müasir silahların təsirindən mühafizə olunmağa hazırlamaqdan ibarət olduğu barədə danışıldı. Seminarda iştirakçıları maraqlandıran bir sıra suallar da cavablandırıldı.


Açar sözlər: