06.09.2017

    6 sentyabr 2017-cı il tarixdə Qobustan Rayon Gənclər Mərkəzində rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirildi.

       6 sentyabr 2017-cı il tarixdə Qobustan Rayon Gənclər Mərkəzində rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda 207 nəfər nümayəndə,Təhsil Nazirliyinin məsul əməkdaşıTəhsil İnstitutunun Şöbə müdiri Bibixanım İbadova , Qobustan RİH Başçısı Adil Məmmədov, 3 saylı ƏMHM-nin rəisi Elxan Cavadov,idarə,müəssisə rəhbərləri və icitimaiyyətin nümayəndələri iştirak edirdilər. Qobustan RTŞ-nin müdiri F.Gülalıyev “2016/2017-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında müzakirələr aparıldı. Təhsil Nazirliyinin məsul əməkdaşı Bibixanım İbadova Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun adından rayon müəllimlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. RİH Başçısı cənab Adil Məmmədov müəllim əməyinin ucalığından, məktəbin və ictimaiyyətin təhsil sahəsində qarşısında duran vəzifələrdən danışdı. Çıxışlardan sonra 21 nəfərən ibarət Təhsil Şurasının tərkibi təsdiq olundu. Konfrans iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlandı. Sonda qəbul imtahanında 500-dən yüksək bal  toplayaraq ali məktəblərə qəbul olan məzunlar və öz işində fərqlənən müəllimlərə fəxri fərman və mükafatlar təqdim olundu.